Etibar Əliyev onları unutmadı: "Əsl müəllimlər..."

Etibar Əliyev onları unutmadı: "Əsl müəllimlər..."
04 Okt 2024 12:37

"5 oktyabr Beynəlxalq müəllimlər günüdür.  Əvvəlki illərdə olduğu kimi yenə də  iki təhsil fədaisi gözümün önündə durdu. Məlahət Mürşüdlü və Əlövsət Osmanlı.  Əsl təhsil biliciləri idilər. Onların hər ikisi bütövlükdə Azərbaycanda təhsilin nə vəziyyətdə olduğunu,  millətin gələcəyi olan bu dəyəri çox düzgün təhlil edirdilər.  Əlövsət Osmanlı bütün fəaliyyətini təhsilin yeniləşməsinə, təxirəsalınmaz iş kimi dərsliklərin məzmununa həsr etdi. Əlövsət müəllim qədər ölkədə məzmunu bilən ikinci mütəxəssis tanımıram."

News365.az xəbər verir ki, bu sözləri siyasətçi Etibar Əliyev öz sosial şəbəkəsində paylaşıb.

"Azərbaycan təhsilinin inkişafında Məlahət xanımın fədakarlığı, milli təəsübkeşliyi heç zaman unudulmayacaq. Dərs dediyi illərdə şagirdlərini təmənnasız hazırlayıb, onların uğurlarına valideynləri qədər sevinib. Gənc nəslin vətənpərvər və mübariz ruhda yetişməsində onun misilsiz xidmətləri olub.  

Məlahət Mürşüdlü görkəmli təhsil eksperti olmaqla yanaşı, Bakı Türk Anadolu Liseyində Azərbaycan dili və Ədəbiyyatını tədris edirdi.  Şagirdlərinin onu hədsiz dərəcədə sevdiyinin şahidi olmuşam, sanki onunla nəfəs alırdılar...

Əsl ziyalıların, söz sahiblərinin ömrü çox uzun olur, bioloji yaş bu zamanın qarşısında çox qısadır. 

Dəyərli dostlarımızın hər ikisinə Allahdan Rəhmət diləyirəm. Qəlbimizdəsiniz..." 



Youtube kanalımız