Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanılıb - YENİLƏNDİ

Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanılıb - YENİLƏNDİ
30 Dek 2024 16:30

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.

Bu barədə “Hayeli.am” ondan qısa açıqlama alıb.

A. Karapetyan deyib ki, Polis İdarəsində Ermənistan tərəfinin Rusiyaya göndərdiyi sənədlər əsasında izahat verib.

***

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.

Bu barədə News365.az “112 Telegram” kanalına istinadən xəbər verir.

Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində saxlanılıb.

Sabiq nazir Ermənistanda "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və s. maddələri üzrə axtarışa verilib.

Xatırladaq ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.


Youtube kanalımız