Ermənistanda zibilxanadan onlarla mina tapıldı

Ermənistanda zibilxanadan  onlarla mina tapıldı
18 Apr 2024 12:59

Ermənistanda maraqlı hadisə baş verib. News365.az xəbər verir ki, vətəndaşlardan biri zibilxanaya xeyli sayda mina tullayıb. "Mamul" nəşrinin yaydığ məlumata görə, fövqəladə hadisə aprelin 17-də Armavir vilayətində baş verib: "Saat 13:20 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şahumyan inzibati rayonunun zibilxanasında tank əleyhinə minaların olması barədə məlumat daxil olub. Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, əraziyə cəlb edilmiş minatəmizləyənlər 31 tank əleyhinə mina aşkar ediblər. Onlardan bəziləri çoxdan məhv edilməli imiş", - nəşr yazıb.

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda vətəndaşlarından tez-tez silah-sursat toplanır. Ehtimal edilir ki, onlar xaotik şəkildə hərəkət edən erməni ordusundan qalmış silahlardır. 

Tural

 


Youtube kanalımız

Oxşar xəbərlər