Ermənistanda tragikomik kriminal hadisə baş verib. Kriminal xəbər saytı olan "Shamshiyan"ın yaydığı məlumata görə, ölkədə kriminal aləmin təmsilçiləri arasında güclü atışma olub. Atışmadan sonra yaralananlar xəstəxanaya deyil, evə gedib orada müalicə olunublar.
"İyunun 19-dan 20-nə keçən gecə Ermənistan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis İdarəsinin Şirak Regional Cinayət Axtarış İdarəsinə Gümrü şəhərində atışmaların baş verməsi və zərərçəkənlərin olması barədə əməliyyat məlumatı daxil olub.
Əməliyyat məlumatlarına görə, həmin gün Gümrü şəhərinin Haqtanak prospektində yerləşən Gümrü Çörək zavodunun qarşısında dava baş verib. İnsident zamanı dava iştirakçılarından biri əlində olan odlu silahdan ətarfa bir neçə dəfə atəş açıb. Atışma nəticəsində ilkin məlumata görə, 1 nəfər ağır yaralanıb. Dava nəticəsində isə daha 2 nəfər ağır bədən xəsarətləri alıb. O da məlum olub ki, zərərçəkənlərdən heç biri xəstəxanaya çatdırılmayıb. Onlar evdə müalicə alırlar. Hazırda Şirak Regional Kriminal Polis İdarəsi insidentlə bağlı araşdırma və digər sənədləri hazırlayır və polis artıq insidenin iştirakçılarının və atışmada olmuş Gümrüdə kriminal aləmin tanınmış iştirakçılarından birinin kimliyini öyrənib. İbtidai istintaqın maraqları baxımından bəzi təfərrüatlar açıqlanmır",- nəşr yazıb.
Tural