Ermənistanda məmurlar torpağı hərraca qoyub özləri alırlar

Ermənistanda məmurlar torpağı hərraca qoyub özləri alırlar
05 İyn 2025 13:25

Ermənistanda məmur özbaşınalığı ilə bağlı tragikomik hadisə baş verib. Siyasi fəal Mesrop Arakelyan “Facebook” sosial şəbəkəsində paylaşım edərək yazıb ki, ölkədə torpağı satan da alan da məmurlar olur: “Bir neçə gün əvvəl Nikol Paşinyan Koqes kəndində 1,93 hektar torpaq sahəsinin dövlətə qaytarıldığını açıqladı. Məlum olub ki, icmanın keçmiş rəhbəri Arayik Nersisyan torpağı hərraca çıxarıb və dlə hərracda özü də bu ərazini alıb... Faktla bağlı cinayət işi açılıb, “keçmiş quldur” özünü təqsirli bilib və torpağı dövlətə qaytarıb. Bəs Arayik Nersisyan indi haradadır? Elə eyni mövqe sahibidir. Lakin o, hakim partiyanın üzvü kimi 2021-ci ildən Lori Berd icmasının rəhbəri vəzifəsini tutur. Onun partiya yoldaşlarından rəsmi cavab gözləyirəm. Yazdıqlarım doğrudur, yoxsa yox?”.

Tural


Sizin reklam burada
Sizin reklam burada