Ermənistanda güclü partlayış olub: Ölən və yaralananlar var

Ermənistanda güclü partlayış olub: Ölən və yaralananlar var
11 İyn 2025 09:44

Ermənistanda güclü partlayış olub. Yerli medianın yaydığı məlumata görə, hadisə iyunun 11-də baş evrib: "Saat 08:34-də Geqarkunik regional xilasetmə şöbəsinin böhran idarəetmə mərkəzinə Çəmbərək şəhərinin Qaregin Njde küçəsindəki binalardan birində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. siqnal daxil olub.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Baş İdarəsinin xilasetmə bölməsinin 2 yanğınsöndürən briqadası cəlb olunub.

İlkin məlumata görə, binadakı mənzillərdən birində partlayış baş verib. Ölən və yaralananlar var".

Bəzi saytlar və sosial şəbəkələrine rməni seqmentində isə hadisəsnin terror olması ehtimalından yazırlar. Qeyd edilir ki, Ermənistanda qaz sızmasından baş verən partlayışlar olduqca nadir hadisədir.

Tural


Sizin reklam burada
Sizin reklam burada