Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu

Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu
09 Noy 2024 15:55

Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib. 

News365.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb. 

Zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə baş verib. Zəlzələnin coğrafi koordinatları 41․22⁰ şimal eni və 43,91⁰ şərq uzunluğudur. 

Zəlzələnin ocağı 10 km dərinlikdə, maqnitudası 2,3 olub. 

Episentrdə yeraltı təkanların gücü 3 bal olub. Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Kazançı kəndlərində 2-3 bal gücündə hiss olunub.  Dağıntılar, ölən və yaralananlar haqda xəbər yoxdur.


Youtube kanalımız

Oxşar xəbərlər