Almaniyada növbədənkənar seçkilər olacaq

Almaniyada növbədənkənar seçkilər olacaq
12 Noy 2024 20:04

Almaniya kansleri Olaf Şoltsun sol mərkəz koalisiyasının dağılmasından sonra fevralın 23-də ölkədə növbədənkənar ümumi seçkilər keçirəcək.


News365.az xəbər verir ki, bu barədə DPA və AFP parlamentdəki mənbələrə istinadən məlumat yayıb.


Məlumata görə, Sosial Demokratlar Partiyası və mühafizəkar Xristian Demokrat İttifaqının parlament liderləri çərşənbə axşamı tarixlə bağlı razılığa gəlib. Şoltsun seçkilərin baş tutması üçün dekabrın 16-da parlamentin aşağı palatası Bundestaqda etimad səsverməsi təyin edəcəyi gözlənilir.


Youtube kanalımız

Oxşar xəbərlər