Erməni jurnalist: “Nikolun arvadı da rüşvət alırdı“

Erməni jurnalist:  “Nikolun arvadı da rüşvət alırdı“
26 Apr 2024 10:02

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə gəlib.

News365.az xəbər verir ki, tanınmış jurnalist Narine Kirakosyan Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı "Mamul" nəşrinə qalmaqallı açıqlamalar verib. O, xatırladıb ki, Anna Niko Paşinyan “Haykakan Jamanak” qəzetinin redaktoru olanda jurnalist kimi oradan maaş alıb. Amma əsas məsələ onların bir yerdə işləməsi deyil, Akopyanın rüşvət götürməsidir: "Kimin kim olduğunu və ona buket, yaxud da zərf(pulu nəzərdə tutur-red) göndərdiyini çox yaxşı xatırlayıram. İyirmi il əvvəl o, sadəlövh görünən rüşvətxor idi. Qələmini "satırdı". O zaman ölkə rəhbərliyinin bəlkə də xəbəri ola-ola xəstəxana sahibləri, biznesmenlər və ya istehsalçılar indiki kimi Anna Akopyana "diqqətdə saxlayırdılar".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər