Türkiyə Prezidenti və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi arasında keçirilən görüşün yekununda yayılan birgə bəyanatda İsrail qüvvələrinin Suriya ərazisindən dərhal çıxarılmasına çağırış edilib.
News365.az xəbər verir ki, tərəflər Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb, eyni zamanda bölgədə atəşkəs rejiminin qorunmasının zəruriliyini qeyd ediblər.
Bəyanatda bildirilib ki, regionda sabitliyin təmin olunması üçün beynəlxalq hüquq normalarına riayət olunmalıdır.
Bununla yanaşı, Ankara və Ər-Riyad İsrailin Somalilendlə imzaladığı razılaşmanı da pisləyiblər. Tərəflər Somalinin suverenliyinə və ərazi bütövlüyünə dəstəklərini ifadə edərək, bu məsələdə Somali hökumətinin mövqeyinin əsas götürülməli olduğunu bildiriblər.
Liderlər regional münaqişələrin diplomatik yollarla həllinin vacibliyini önə çəkərək, gərginliyin daha da artmasının qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti fəal rol oynamağa çağırıblar.