Ən böyük dərdimiz...

Ən böyük dərdimiz...
09:41
Bizim ən böyük əsas dərdimiz Danışmağı bilməməyimizdir,
Azərbaycan adlı məmləkətin gəldiyi son nöqtə "Danışa bilməyən insanlar"a çevrilməsi halıdır.
Nədən bu hala düşdük?
Yazı ilə Nitq ayrı ayrıdır, biri birinə ya bağlanar, ya da bağlanmaz.
Sovetlər içində biz tam olaraq Yazıb oxuyan kimliyə keçid etdik, Savadla savadsızlıq üz üzə gəldi,
Savad bizə bir İrs təklifi etdi, bu irs tam olaraq Siyasi bir İrs olaraq seçilmışdi.
Savadsızlığa qarşı mübarizə bizə aid olan Hafizənin silinməsini hədəf aldı və aid olduğumuz Hafizəni silə bilməsə də, zədələdi.
Hafizə Danışaraq ötürüləndir, İrs isə Yazı ilə saxlanılmağa çalışılandır.
Hamı yazının parçasına döndükdən sonra kimsə danışa bilmədi, hamı yazıdakını təkrarlamağa çalışdı və kütləvi bir nəqarat hökm sahibi oldu.
Bizim Cümləmiz Yazısı ilə rusca quruldu, rus kimi düşünməyə və rus kimi danışmağa başladıq, onlarla bərabər bir ahəngdə kökləndik.
İndi durduğumuz Yer "Danışa bilməyənlər"ın yeridir.
Danışmaq nədir?
Danışmaq təmsil etməkdir, hər bir insan danışması ilə Özünü təmsil edir, Öz dalğasını müəyyən edir ki, fərqli dalğaları öz dalğası ilə ayıra bilir.
Yazmaq kəlmələri bir yerə toplayıb zərrəcikləri ona biçilən qəliblərin içinə yığmaqdır.
Dalğa ilə Zərrə məsələsini anlayanlar, anlarlar, nə demək istədiyimi.
Bu dərdi aşıb keçə bilmədikcə, "çöür tatı, vur tatı" nəqaratı ilə yaşamağa möhtacıq.
Özünü təmsil edə bilməyən özgəni təqlid edib, yalançıya və saxtaya çevrilməlidir ki,
Özün xiffətini deyil, Özün özünü axtarsın.
Özünü tapan, özünü danışaraq kəşf edəndir.
Özünü danışa bilməyən saxtakarları digital dünya bir bir ifşa etdikcə,
Yazı da öz yerini alır.
Və Salam.
İdris Heydərli, filosof

Sizin reklam burada
Sizin reklam burada