İran prezidenti Məsud Pezeşkian dekabrın 10-11-də Qazaxıstanda rəsmi səfərdə olacaq.
News365.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Səfər çərçivəsində ticarət-iqtisadiyyat, nəqliyyat, logistika və mədəni-humanitar sahələrdə Qazaxıstan-İran əməkdaşlığının daha da gücləndirilməsini müzakirə etmək üçün yüksək səviyyəli danışıqların aparılması planlaşdırılır", - mətbuat xidmətinin məlumatında deyilir.