Müğənni Əminə Şirin sənət fəaliyyətində daha bir yeniliyə imza atıb.
News365.az xəbər verir ki, sənətçi “Bəşər” adlı yeni mahnısına çəkilən klipini təqdim edib.
“Bəşər” adlı bəstə həm mətn, həm də vizual baxımdan fərqli və düşündürücü üslubda ərsəyə gəlib. Mahnının sözləri müğənninin özünə məxsusdur, musiqisi isə anonimdir.
Bəstəyə ssenarist Elşən Mehdi ekran həyatı verib. Layihənin prodüserliyi isə aktyor Kamran Ağabalayevə həvalə olunub.