Əməkdar artist Elnarə Abdullayeva gəlin qaynana münasibətlərində əsas problemin iki üzlülük olduğunu bildirib.
News365.az xəbər verir ki, sənətçi hər şeyin elçilikdə başladığını bildirib:
“Elçilikdə qaynana gəlinin işlədiyini görəndə qeyri səmimi şəkildə deyir ki, dəyməyin mənim gəlnimə işləməsin o. Yormayın qızımı. Guya özü qızı aparıb əlinin içində saxlayacaq. Əlini ağdan qaraya vurmağa icazə verməyəcək. Axı belə deyil. Bir müddət sonra səndə onun evdə işlər görməyini istəyəcəksən.Münasiibətə belə səmimiyətsiz cümlələrlə başlamaq olmaz. Bu gələcəkdə böyük problemlər yaradır. Sonra da münasibətlər tam pozulur. Mən belə şeyləri sevmirəm. Çətin adamam, mənə lazım deyil qarşı tərəf imkanlı olsun. Mənə onun səmiyyəti lazımdır. İlk gündən şərtləri açıq demək lazımdir ki, bizim evdə belə qanunlar var buna uyğunlaşmalı olacaqsan. Əgər narazılıq yaransa qoy elə lap əvvəldə yaransın. Bu boşanma ilə nəticələnən evlilikdən daha yaxşıdır”.