Əhaliyə şad xəbər: Bu şəxslərə də pensiya veriləcək

Əhaliyə şad xəbər: Bu şəxslərə də pensiya veriləcək
09:32

Əlillərə qulluq edən şəxslərin pensiya hüququ ilə bağlı məsələ zaman-zaman gündəmə gəlir. 

Bəs mövcud qanunvericilik bu kateqoriyaya hansı imkanları tanıyır?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırkı “Əmək pensiyaları haqqında” Qanun əlillərə qulluq edib-etməməsindən asılı olmayaraq, bütün vətəndaşlara müəyyən minimum tələblər yerinə yetirildiyi halda pensiya hüququnu tanıyır.

Ekspertin sözlərinə görə, əsas şərtlərdən biri minimum sığorta stajının 25 il olmasıdır. Bununla yanaşı, bəzi peşə sahələrində qulluq dövrü fərqli qaydada hesablanır. Həsənov qeyd edib ki, tələb olunan minimum pensiya kapitalı formalaşmadığı halda da pensiya hüququ yarana bilər.

O, vurğulayıb ki, burada əlillərə qulluq prosesinin hansı formada təşkil olunması əsas rol oynayır:

“Əgər əlillərə qulluq edən şəxs bu müddətdə mülki müqavilə və ya əmək müqaviləsi əsasında çalışırsa, həmin dövr üçün sığorta ödənişləri həyata keçirilir. Bu zaman sığorta stajı hesablanır və digər tələblər ödənildiyi halda pensiya hüququ yaranır”.

Beləliklə, əlillərə qulluq edənlər üçün ayrıca xüsusi pensiya hüququ nəzərdə tutulmasa da, onların əmək fəaliyyəti müqavilə qaydasında rəsmiləşdirildiyi təqdirdə pensiya təminatı mümkün olur. ///  KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada