Dünyanın "kod dili" ingiliscədir?

Dünyanın "kod dili" ingiliscədir?
09:27
İstifadə etdiyimiz digital alətlərin içində yazı dili ingiliscə olduğu üçün oxuma dili də onların nəzarətindədir.
Rus höküməti bir neçə gün öncə qərar imzaladı,
"Rus dili Rusiya dövlətinin toxunulmazı"dır, dedi.
Dövlətin toxunulmazları "bayrağı, gerbi, himni" seçilərdi, bir də Dil gəldi.
Bu bir ilkdir, ilk dəfədir ki, "dil toxunulmaz" statusu qazanır.
Belə bir təcrübə rastıma çıxmayıb.
Latınca "Lingvo franka" olaraq Romanın toxunulmazı olmasa da, seçimi idi. "Hüquq, vergi və ordu" bu dilə sahib olanların işi idi, geridə qalanlar isə məsələ sayılmazdı, hansı dildə, necə istəyirlər, danışsınlar, deyilərdi.
Latıncadan çıxan dillər ingiliscə, fransızca, almanca, ispanca, nə isə, latıncaya üsyan olaraq çıxdılar və "pis latınca" fransızca bir dönəm höküm sürdü, indi ingiliscə "lingvo hakimiyyətdədir və "kod"un dilidir.
"Rus dili" ikinci bir böhran dönəmini başlayır,
Din dili yunancadan xilas olub,
Etiraz dili olan olan "lingvo franko" lardan qaynağ alıb, ədəbiyyat, şeir, elm inşa etdikdən sonra yunanca ilə yandırdığı körpüləri latınca ilə ilə də yandırır.
Tək çarəsi Sovetcədir ki, sovetcənın də ən böyük zərbəsini rus dili almışdı.
Nə etməli? Sualı ruscanın təməl dərdidir,
Bizim məsələmiz bu sırada ən seçilən və önü açıq olandır.
Bizim dilimizin tək dərdi onu dağıdıcılardan xilas edib, quruculara təhvil verməkdir,
Dağıdıcılar isə ağzına gələni danışanlardır,
Bu da çox çəkməz, keçər.
Dil imana gəldikdən sonra onu imansız edə biləcək qüvvə yoxdur,
Dilimiz imanımızdır.
Onların dərdi isə özləri bilərlər,
Bizlik deyildir.
İdris Heydərli, filosof

Sizin reklam burada
Sizin reklam burada