İran Təl-Əvivə zərbələr endirir

İran Təl-Əvivə zərbələr endirir
16:27

İsrail Müdafiə Qüvvələri İrandan raket buraxılışlarının qeydə alındığını bildirib.

News365.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bu, günün əvvəlindən İran tərəfindən İsrailə doğru dördüncü raket hücumudur.

Bildirilib ki, Təl-Əvivdə hava həyəcanı siqnalı işə salınıb, səmada partlayış səsləri eşidilib.

Raketlərin düşməsi və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, daha əvvəl İranın İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirməsi ilə bağlı məlumat yayılmışdı.


Sizin reklam burada
Sizin reklam burada