Çin texnoloji yeniliklərlə dünyanı heyrətləndirməyə davam edir. Dünən, mayın 25-də Çinin Hançjou şəhərində Unitree Robotics şirkətinin təşkilatçılığı ilə insanabənzər robotlar arasında dünyanın ilk boks turniri keçirilib.
“Unitree Fist King: Awakening” adlanan turnirdə robototexnika sahəsində qabaqcıl nailiyyətləri nümayiş etdirən humanoid maşınlar arasında Muay Thai üslubunda döyüşlər nümayiş etdirildi. Turnirin çəkilişi YouTube-də yayılıb.
Xarici KİV yazır ki, robotlar rinqə çıxmazdan əvvəl Unitree mühəndisləri maşınları hərtərəfli hazırlayıb, onların tarazlığı saxlamaq və sabitliyi qorumaq qabiliyyətinə diqqət yetiriblər. Hər bir döyüş robotu LiDAR sensorları və xüsusi kameralar ilə təchiz edilib ki, bu da onlara dirsəklər və dizlər də daxil olmaqla mürəkkəb zərbə birləşmələrini yerinə yetirməyə imkan verib.
Tural