Hindistanın baş naziri Narendra Modi Kəşmirdə dağ vadisində inşa edilən dünyanın ən hündür dəmir yolu körpüsünün - Çenabın açılışında iştirak edib. Bu barədə CNN məlumat yayıb.
Çenab çayı üzərindəki körpünün tikintisi bir neçə onilliklər çəkib. Onun tağlı quruluşu çaydan 359 metr hündürlükdədir - bu, Eyfel qülləsindən 29 metr yüksəkdir. Körpünün uzunluğu 1315 metrdir və layihənin dəyəri 160 milyon dolları ötüb. Bu, Kəşmiri Hindistanın qalan hissəsi ilə birləşdirən ilk dəmir yolu marşrutunun bir hissəsidir.
Səfər zamanı Modi regionun mühüm şəhərlərini ölkənin digər hissələri ilə birləşdirən Udhampur-Srinagar-Baramulla dəmir yolu xəttinin açılışını da edib.
Tural