Ukraynada gərgin döyüşlər davam edir. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Lenta.ru-ya açıqlamasında diqqət çəkən çıqlamalar verib. O, bundan sonrakı hadisələrin sırf hərbi ssenari üzrə inkişaf edəcəyi təqdirdə Ukraynada müharibənin gələn il ərzində başa çata biləcəyini deyib.
Deputat qeyd edib ki, Kursk vilayətinin Sudja kəndinin azad edilməsi mühüm dönüş nöqtəsi olub. Onun sözlərinə görə, rus qoşunları düşmənə təzyiq edərək mütərəqqi hücumlarını davam etdirir. O vurğulayıb ki, ordu təmkinlə hərəkət edir və mülki əhali arasında itkilərin qarşısını almağa çalışır.
Kolesnik onu da əlavə edib ki, düşmən ordusunda əhval-ruhiyyə pisləşib və bu, mühüm amilə çevrilib. Deputat belə hesab edir ki, indi Kiyev diplomatik təşəbbüslərə görə deyil, məhz Rusiya ordusunun cəbhədəki uğurlarına görə danışıqlara maraq göstərməyə başlayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural