Xəbər
verdiyimiz kimi ötən gün Milli Məclis tərəfindən 2025-ci ilin Dövlət Büdcəsi
üçüncü oxunuşda qəbul edildi.
Bəs, növbəti
ilin Dövlət Büdcəsi bizə nə vəd edir?
Bu barədə News365.az -a Millət vəkili Vüqar
Bayramov danışıb. O bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi bu
gün Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu və cənab Prezident tərəfindən
imzalandıqdan qüəvvəyə minəcək:
“Azərbaycanın
2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə
daha 40 milyon manat artırılıb. Gələn il büdcə gəlirlərinin 38 milyard 356
milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin
isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir”.
Bəs, dövlət büdcəsinin
gəlir və xərcləri niyə dəyişdirildi?
Müsahibimiz
bildirib ki, büdcənin gəlir və xərclər hissəsində ilkin variantla ilə müqayisədə
fərqlərin yaranması bir sıra səbəblər ilə bağlıdır:
“Xərclər
arası azalma bəzi Publik Hüquqi Səxslərin öz gəlirlərinin artımı və bəzilərinin
isə xərclərinin optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasının büdcəsinə
verilən dotasiyada dəyişikliklər, bəzi dövlət orqanlarının saxlanılması xərclərinin
optimallaşdırılması, “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin
müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın maliyyə təminatının
bütövlükdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vasitəsilə həyata
keçirilməsi nəzərdə tutulması ilə bağlıdır.
Xərclər
arası artımlar isə müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi və
sosial təyinatlı xərclərin əlavə maliyyə təminatı ilə bağlı ehtiyatların
yaradılması, Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş
dotasiya azaldaraq və həmin vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri
vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin
maliyyə təminatına sərf olunması, Osaka, Kansai Ekspo 2025” Ümumdünya Sərgisində
iştirak məqsədilə Azərbaycan milli pavilyonun idarəedilməsi ilə bağlı xərclərin
qarşılanması və digər beynəlxalq fəaliyyətin nəzərə alınması, Milli Məclisində
təmsil olunan və təmsil olunmayan siyasi partiyaların sayının artması (təmsil
olunan siyasi partiyalar sayı 1 artaraq 11-ə, təmsil olunmayan siyasi partiya
isə 6 olmuşdur) və digər səbəblər ilə bağlıdır”.
News365.az