Rusiya, ABŞ və Ukrayna arasında Cenevrədə bağlı qapılar arxasında danışıqlar başlayıb.
News365 xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Cenevrəni tərk edib, Ukrayna- Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski isə nümayəndə heyəti ilə danışıqları davam etdirir.
Qeyd edək ki, danışıqların birinci günü dünən baş tutmuşdu.