Deputatdan təklif: "Binaların altında bağça açılsın"

Deputatdan təklif: "Binaların altında bağça açılsın"
13:00

“Hər bir yeni tikilən binanın altında məktəbəqədər təhsil müəssisləri olsun”.


News365.az xəbər evrir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.


O bildirib ki, valideynlər yaşadığı binalarda öz övladlarını təhsilə cəlb edə bilərlər:

“İki valideyn işləmədiyi halda o ailəni dolandırmaq çətindir. O baxımdan valideynlərin ikisi də işləyir. İkisi işlədiyi halda da uşaqların harda yerləşdirilməsi, təhsili önəmlidir. O binaların hər birində mağaza və digər şeylər açmaq əvəzinə şərtlərdən biri də o olmalıdır ki, həmin binalarda məktəbəqədər təhsil müəssisəsi açılsın. Valideynlər yaşadığı binanın birinci, ikinci mərtəbəsində uşaqların təhsil almasına nail ola bilsinlər”.


Sizin reklam burada
Sizin reklam burada