Ağ Evdə Azərbaycan və ABŞ prezidentlərinin görüşü başlayıb YENİLƏNİB

Ağ Evdə Azərbaycan və ABŞ prezidentlərinin görüşü başlayıb YENİLƏNİB
08 Avq 2025 23:45

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü başlayıb.

News365.az xəbər verir ki, görüş Ağ Evdə keçirilir.

Daha sonra ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

Qeyd edək ki, ABŞ Prezidenti dünən "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

***

23:30

ABŞ-da səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

News365.az xəbər verir ki, ABŞ Prezidenti Azərbaycan liderini şəxsən qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində
“Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanacaq.

Eyni zamanda, ABŞ səfərinin ikinci əsas məqsədi Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsidir.


Sizin reklam burada
Sizin reklam burada