Kraliça xəstəxanaya yerləşdirilib

Kraliça xəstəxanaya yerləşdirilib
15:30

Norveçin 87 yaşlı kraliçası Sonya tənəffüs problemi ilə bağlı Oslo xəstəxanasına aparılıb.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, sarayın açıqlamasına görə, kraliça Pasxa bayramlarını keçirdiyi Sikkilsdalendəki kral dağ evindən tibbi helikopterlə xəstəxanaya çatdırılıb.

1924-cü ildən bəri Norveç kral ailəsi Pasxa bayramlarının çoxunu bu dağ evində keçirir. Kraliça Sonya sürətli və nizamsız ürək döyüntüsü olan fibrilasiya ilə bağlı yanvar ayında qısa müddətə xəstəxanaya yerləşdirilmişdi.

Daha sonra o, kardiostimulyator taxdırdı.

Onun əri, 88 yaşlı kral Harald Avropanın ən yaşlı monarxıdır. Harald da 2024-cü ilin martında Malayziyada şəxsi tətildə olarkən infeksiyaya yoluxmuş və sonra kardiostimulyator taxdırmışdı.


Sizin reklam burada
Sizin reklam burada