"Paşinyan hökuməti üçün ən yüksək təhlükə hazırda mövcuddur"- Aytən Qurbanova

"Paşinyan hökuməti üçün ən yüksək təhlükə hazırda mövcuddur"- Aytən Qurbanova
22 Apr 2025 15:15

"Son 5 ildə Paşinyan hökuməti üçün ən yüksək təhlükə hazırda mövcuddur."

Politoloq Aytən Qurbanova bu sözləri News365.az-a danışıb. 

"Müxalifət isə buna qulaq asmır, çünki onlar da eyni tələblərlə çıxış edirlər. Onlar eyni psixologiyaya və ideologiyaya malikdirlər. Və son günlər onların fəaliyyətində də eyni tendensiya müşahidə olunur. Simonyanın fikirləri də manipulyativ xarakter daşıyır.

Mən düşünürəm ki, əslində son 5 ildə Paşinyan hökuməti üçün ən yüksək təhlükə hazırda mövcuddur. Çünki onlar baş verən hadisələrdən faydalanaraq, faşist qüvvələrin dəstəyini alaraq müxalifət hökumətinə çevrilirlər.

Paşinyan isə bu məsələdə daha ehtiyatlı davranır. Çünki o, müharibənin nəticələrini ölkə üçün tam şəkildə qəbul edə bilmir. Eyni zamanda, müharibə iştirakçılarının vəziyyəti və müharibənin nəticələri ilə bağlı bir çox fikir ayrılığı var. Hər nə qədər hərbi və texniki baxımdan silahlanma olsa da, mən düşünmürəm ki, 20-ci əsrin sonunda kimsə gəlib vuruşmaq istəsin. Çünki ikinci Qarabağ müharibəsinin ilk dövrlərində belə, Azərbaycanla əlaqələr qurduqları zaman, müharibədən qaçan çox sayda insan var idi. Aydındır ki, onlar döyüşmək istəmirlər. Və heç bir yeni istiqamət onları yönləndirə bilməyəcək.

Qərb isə onlara qarşı tam şəkildə dayanmayacaq. Çünki Qərbin yaratdığı Rusiya ilə inteqrasiya mifologiyası heç bir halda reallığa uyğun gəlmir. Hər kəs çox yaxşı bilir ki, onlar nə Rusiyadan uzaqlaşa bilərlər, nə də Qərblə inteqrasiya edə bilərlər. Amma Qərbin yaratmağa çalışdığı obraz və mif məhz bundan ibarətdir."


Sizin reklam burada
Sizin reklam burada