İnternetdə Rusiya Silahlı Qüvvələrinin döyüşçülərindən biri ilə bağlı maraqlı kadrlar yayılıb. O, Ukrayna ərazisində, cəbhə xəttində Ukrayna Silahlı Qüvvələrinə (VSU) məxsus bomba quraşdırılmış FPV pilotsuz uçan aparatının birbaşa zərbəsindən sağ çıxıb. Hadisənin videosu hərbi ekspert Boris Rojinin "Polkovnikkassadın" Telegram kanalında paylaşılıb.
Kadrlarda pilotsuz uçuş aparatının açıq ərazidə rus əsgərinə yaxınlaşdığı görünür. Növbəti saniyələrdə isə o, hərbçiyə hücum edir, alov və partlayış görünür və döyüşçü partlayış nəticəsində yerə yıxılır. Amma hücumdan sonra rus tüstü bürümüş yerdən ayağa qalxır və heç nə olmamış kimi yoluna davam edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural