Dairə nişanı yoxdursa, cərimə qaçılmazdır: Sürücülər diqqətli olsun + VİDEO

Dairə nişanı yoxdursa, cərimə qaçılmazdır: Sürücülər diqqətli olsun + VİDEO
14:36

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə vacib xəbərdarlıq edərək bildirir ki, bəzi yol qovşaqları vizual olaraq dairəyə oxşasa da, əslində dairə hesab edilmir. Onun sözlərinə görə, sürücülər tez-tez belə məkanlarda yol üstünlüyünü səhv qiymətləndirir və nəticədə qəza riski artır.


News365.az xəbər verir ki, Aqil Rəhimov “partizansayağı idarəetmə” adlandırdığı üsulla belə vəziyyətlərdə necə davranmağın vacibliyinə toxunub:

“Biz bəzən dairəyə bənzər, amma dairə statusu olmayan nöqtələrə yaxınlaşırıq. Niyə dairə deyil? Çünki dairə olduğunu təsdiqləyən rəsmi yol nişanı yoxdur. Dairə nişanı yoxdursa, orada dairənin qaydaları tətbiq edilmir.”

Onun sözlərinə görə, belə hallarda sürücülər yanlış olaraq düşünürlər ki, qovşaqda olan nəqliyyat vasitələri üstünlük təşkil edir. Halbuki qanunvericiliyə əsasən, dairə nişanı olmadığı müddətdə adi yolayrıcı qaydaları keçərlidir:

“Belə yerlərdə xətlənməni kəsmirik və qarşı tərəfdən gələnlər, eləcə də sağdan gələn sürücülər bizə yol verməlidirlər. Yalnız dairə nişanı olduqda həmin məkan dairə sayılır və üstünlük qaydası dəyişir”.

Aqil Rəhimov sürücülərə müraciət edərək bildirir ki, belə qovşaqlarda diqqətli olmaq, nişanları yoxlamaq və qaydaları düzgün tətbiq etmək qəzaların qarşısını almaqda mühüm rol oynayır.

“Yadda saxlayın: dairə yalnız rəsmi nişanla dairədir. Nişan yoxdursa, dairənin qaydaları da keçərli deyil”.


Sizin reklam burada
Sizin reklam burada