Çox yaxında Putinlə danışacam - Tramp

Çox yaxında Putinlə danışacam - Tramp
08 Sen 2025 09:02

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın günlərdə Rusiya lideri Vladimir Putinlə danışacaq. ABŞ prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin həllini vəd edib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında Tramp deyib:

"Çox yaxında, bir neçə gün ərzində Putinlə danışacam. Baxın, biz bunu edəcəyik, Rusiya ilə Ukrayna arasında vəziyyəti nizamlayacağıq. Əminəm ki, biz bunu bacaracağıq", - Ağ Evin rəhbəri bildirib.

Tramp xatırladıb ki, o, bitməsi mümkün olmayan 7 münaqişəni həll edib.


Prezidentin sözlərinə görə, bir münaqişə 31 il davam edib və 10 milyon insanın ölümünə səbəb olub, digəri isə 34 il və 8 milyon qurbanı olub.

Prezident həmçinin 9 milyon insanın öldüyü Ruanda ilə birlikdə illərlə davam edən Konqodakı münaqişəni də nəzərdən qaçırmayıb.

"Mənə görə, Rusiya-Ukrayna nizamlamlanması daha asan olmalı idi. Amma bu baş vermədi, bununla belə, biz yenə də razılığa gələcəyik", - Tramp əlavə edib.

O deyib ki, Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazırdı.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Scott Bessent açıq şəkildə bəyan etmişdi ki, Vaşinqton Rusiya neftini alan ölkələrə əlavə sanksiyalar tətbiq etmək üçün Avropa ölkələri ilə tərəfdaşlığa açıqdır.

"Biz Rusiyaya təzyiqi artırmağa hazırıq, lakin avropalı tərəfdaşlarımızın bizi izləməsinə ehtiyacımız var", - Bessent bildirib:

"Biz indi Ukrayna ordusunun nə qədər dayana biləcəyi ilə Rusiya iqtisadiyyatının nə qədər tab gətirə biləcəyi arasında yarışdayıq? Əgər ABŞ və Avropa İttifaqı işə qarışıb Rusiya neftini alan ölkələrə əlavə sanksiyalar, əlavə tariflər tətbiq edə bilsələr, Rusiya iqtisadiyyatı tam iflasa uğrayacaq və bu, Putinin danışıqlar masasına oturmasına gətirib çıxaracaq".



Sizin reklam burada
Sizin reklam burada