"Bilirdinizmi ki, USAID sizin
vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan
COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?"
News365.az
xəbər verir ki, Amerikalı milyarder
İlon Mask özünün X səhifəsində yazıb. O bununla da COVİD19-un Çində baş
qaldırdığını təkzib edib.
Nəzərə alaq ki, daha əvvəl Mask
USAID-i ölməli olan “cinayət təşkilatı” adlandırmışdı. O, agentliyin ABŞ-a nifrət
edən “radikal solçu marksistlərin ilan yuvası” olduğunu bildirmişdi.
Nəzərə alaq ki, ABŞ prezidenti Donald
Tramp inauqurasiyasından sonra digər ölkələrə maliyyə yardımını 3 ay müddətinə
donduran sərəncam imzalayıb. Vaşinqton bunu bu proqramların ABŞ-ın xarici siyasətinə
uyğunluğunun qiymətləndirilməsinin zəruriliyi ilə izah edib. Sərəncam İsrail və
Misirdən başqa bütün ölkələrə şamil edilir.
News365.az