"Coca-Cola" şirkəti "Finlandia"nı almaq istəyir

"Coca-Cola" şirkəti "Finlandia"nı almaq istəyir
20 İyn 2023 09:29

“Coca-Cola HBC” (Coca-Cola Hellenic Bottling Company) “Finlandia” araq brendinin sahibi olan “Brown-Forman Finland” şirkətini satın aldığını elan edib.

Tərəflər 220 milyon dollar dəyərində olan maliyyə əməliyyatını 2023-cü ilin ikinci yarısında başa çatdırmağı planlaşdırırlar.

Belə ki, aktivlər “Coca-Cola HBC”nin törəmə şirkəti olan “CC Beverages Holdings II BV” vasitəsilə əldə edilir.

Şirkətin fikrincə, “Finlandia” brendinin alınması onun premium alkoqollu içkilər portfelinə prestij qatacaq və digər bazarlarda mövqeyini möhkəmləndirəcək.

Şirkətin rəhbəri Zoran Boqdanoviçin sözlərinə görə, “Coca-Cola HBC”nin ambisiyaları və premium spirtli içkilərdəki bacarığı “Finlandia”nın inkişafını sürətləndirəcək.


Sizin reklam burada
Sizin reklam burada