“Prezidentin imzaladığı yeni fərmanla sosial dəstək sistemində
artım paketi təsdiqləndi. 38 maddə üzrə həyata keçirilən bu dəyişikliklər,
ümumilikdə 18 sosial istiqaməti əhatə edir. Bu, tək-tək qrupları deyil, geniş əhalini
hədəfləyən strukturlaşdırılmış və məqsədli bir yanaşmadır”.
Bunu News365.az-a
açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O qeyd edib ki, artımların
dinamikasına nəzər saldıqda görürük ki, faiz baxımından dəyişikliklər 11%-dən
başlayaraq, 49.5%-ə qədər yüksələn geniş bir intervaldadır:
“Ən yüksək artım göstəricisi – himayədar ailəyə
verilmiş, 14–18 yaş arasında olan, əlilliyi müəyyən edilmiş uşaqlar üçün nəzərdə
tutulan müavinətdə qeydə alınıb. Bu məbləğ 435 manatdan 650 manata yüksəlib ki, bu da
49.5%-lik artım deməkdir.
Bu fərmanın
imzalanması sosial həssas təbəqələrin və ümumiyyətlə sosial müdafiə sisteminin
dəstəklənməsi baxımından çox önəmli idi”.
News365.az