"Cinayətkar məmurlarımız qaçıb Rusiyada gizlənirlər" -Erməni deputat

"Cinayətkar məmurlarımız qaçıb Rusiyada gizlənirlər" -Erməni deputat
27 May 2025 13:36

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, deputat Artur Hovannisyan parlamentdə çıxışı zamanı diqqət çəkən ittihamlar səsləndirib.

O deyib ki, hazırda Ermənistan Respublikasının vətəndaşları olan və vəsait mənimsədikdən sonra gizlənə bilmiş xeyli sayda keçmiş məmur var. Onların qaçdıqları əsas məkan isə MDB ölkələrindən biridir: "Məsələn, bir sıra korrupsionerlər və keçmiş məmurlar Rusiyada özlərinə sığınacaq tapıblar".



Sizin reklam burada
Sizin reklam burada