Polis əməkdaşları və digər aidiyyəti qurumlar Xəzər dənizi sahilində – Bakı, Sumqayıt, Xızı, Siyəzən, Xaçmaz və Lənkəran ərazilərində ekoloji sabitliyin təmin olunması məqsədilə profilaktik tədbirləri davam etdirir.
News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Profilaktik tədbirlər zamanı
- məişət tullantılarını ətrafa atan – 11 nəfər;
- qadağan olunmuş yerdə siqaret çəkən – 4 nəfər;
- tullantı sularını kənar yerə axıdan – 6 nəfər;
- ağac və kolları zədələyən, qanunsuz tikinti aparan – 2 nəfər
barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bu tədbirlər davamlı xarakter daşıyır və məqsəd ekoloji təhlükəsizliyi təmin etməkdir.