"ChatGPT"nin bəzi modelləri ilə işləmək mümkün olmayacaq

"ChatGPT"nin bəzi modelləri ilə işləmək mümkün olmayacaq
15:25

İstifadəçilərin əksəriyyəti artıq neyron şəbəkəsinin yeni versiyasına keçdiyindən ABŞ-nin "OpenAI" şirkəti fevralın 13-dən "ChatGPT" çatbotundakı dörd köhnə modeli istismardan çıxaracaq.

News.az xəbər verir ki, bu barədə sözügedən şirkət məlumat yayıb.

"GPT-4o", "GPT-4.1", "GPT-4.1 mini" və "OpenAI o4-mini"ni istismardan çıxaracağıq. İstifadəçilərin əksəriyyəti artıq "GPT-5.2"yə keçib", - deyə açıqlamada bildirilib.

Şirkət qeyd edib ki, "GPT-4o" modelindən hazırda istifadəçilərin yalnız 0.1%-i istifadə edir.

Ötən ilin noyabrında "GPT-5.1"in buraxılması ilə şirkət "GPT-5" modelinə dəstəyin dayandırıldığını açıqlayıb.

Şirkət ən son modeli olan "GPT-5.2"ni 2025-ci ilin dekabr ayında təqdim edib. Tərtibatçıların sözlərinə görə, yeni versiya cədvəllər, təqdimatlar yaratmaqda, kod yazmaqda və şəkilləri tanımaqda daha yaxşı nəticələr göstərir.


Sizin reklam burada
Sizin reklam burada