Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopezin İstanbul konserti ilə bağlı maraqlı məqam ortaya çıxıb.
News365.az “Hürriyet”ə istinadən xəbər verir, konsertdə pərəstişkarları Lopezlə görüşmək imkanı əldə edəcəklər.
Belə ki, 100 min lirədən (təxminən 4 263 manat) başlayan qiymətlərlə satışa çıxarılan “Meet & Greet” biletlərini alan 50 nəfər sənətçi ilə bir araya gəlib, söhbət edib şəkil çəkdirə biləcək.
Qeyd edək ki, konsert avqustun 5-də keçiriləcək.