Cenevrədə İran-ABŞ danışıqlarının üçüncü raundu başladı - VİDEO

Cenevrədə İran-ABŞ danışıqlarının üçüncü raundu başladı - VİDEO
12:42

Cenevrədə İranın nüvə proqramı ilə bağlı İslam Respublikası və ABŞ rəsmiləri arasında danışıqların üçüncü raundu başlayıb.

News365.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Danışıqlarda vasitəçi rolunu Omanın xarici işlər nazirli Bədr əl-Busaidi yerinə yetirir.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarının üçüncü raundu üzrə müzakirələrdən daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı və Omanın xarici işlər naziri Bədr əl-Busaidi ayrıca görüş keçiriblər.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, görüş zamanı tərəflər İranın nüvə proqramı ilə bağlı mövqeləri, eləcə də sanksiyaların ləğvi məsələsini müzakirə ediblər. Əraqçı diplomatik prosesin irəliləməsi üçün göstərdiyi səylərə görə omanlı həmkarına təşəkkür edib.

Cenevrədə İran-ABŞ danışıqlarının üçüncü raundu başladı - VİDEO

O deyib ki, danışıqların uğurla nəticələnməsi tərəflərin prosesə ciddi yanaşmasından və ziddiyyətli addımlardan çəkinməsindən asılıdır.

Öz növbəsində Əl-Busaidi Omanın vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu vurğulayıb və ciddi yanaşmalar sərgiləməklə ilə müsbət nəticələrin əldə edilməsinə ümid etdiyini bildirib.

Həmçinin "IRNA" nəşri özəl mənbələrə istinadən bildirib ki, İran nümayəndə heyəti Oman təmsilçiləri vasitəsilə nüvə probleminin nizamlanması üzrə təkliflərini ABŞ-a göndərib.

Qeyd olunur ki, Oman xarici işlər naziri Bədr əl-Busaidi təklifləri Birləşmiş Ştatların danışıqlar üzrə rəsmilərinə təhvil verib.

Təklifin məzmunu açıqlanmır.


Sizin reklam burada
Sizin reklam burada