"Cem Group" cərimə olundu

"Cem Group" cərimə olundu
21:36
"Cem Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati xəta protkolu tərtib edilib.  

News365.az-ın məlumatına görə, sözügedən şirkətin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə ittiham olunub. İşə məhkəmədə baxılıb. 

Məlum olub ki, "Cem Group" MMC-nin rəhbəri Ağazadə Fəxrəddin oğlu tərəfindən 2023-cü il tarixli icra sənədi üzrə yaranmış 102034.91 ABŞ dolları və 151 manat dövlət rüsumu borcunun ödənilməsi təmin olunmayıb. 

Məhkəmənin hökmü ilə Murad Ağazadə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib və 2000 manat məbləğində inzibati qaydada cərimə edilib.

Sizin reklam burada
Sizin reklam burada