İki ölkə arasında müharibə DAYANDIRILDI

İki ölkə arasında müharibə DAYANDIRILDI
19:10

Tailand və Kamboca hakimiyyəti müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

News366.az xəbər verir ki, bu barədə Tailandın PBS telekanalı məlumat yayıb.

Tailand hökumətinə yaxın mənbə kanala bildirib ki, ilkin atəşkəs 72 saat davam edəcək. Atəşkəsin uzadılması ilə bağlı sonrakı razılaşma Tailand Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, iki ölkə arasında toqquşmalar 8 dekabrda yenidən başlayıb. Bir neçə gün sonra ABŞ prezidenti Donald Tramp tərəflərin hərbi əməliyyatları dayandırmaq və oktyabr ayında imzalanmış sülh müqaviləsinə qayıtmaq barədə razılığa gəldiyini açıqlayıb. 24 dekabrda tərəflər atəşkəsi bərpa etmək üçün danışıqlara başlayıblar.


Sizin reklam burada
Sizin reklam burada