Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın Homs əyalətində məsciddə törədilən terror aktını sərt şəkildə pisləyib.
News365.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub.
Nazirlik hücumda həyatını itirənlərə Allahdan rəhmət diləyib, Suriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.
Bəyanatda o da vurğulanıb ki, Türkiyə bütün təxribat cəhdlərinə baxmayaraq, Suriyanın sabitliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü gücləndirmək istiqamətindəki səylərini dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, cümə namazı zamanı baş verən partlayış nəticəsində ilkin rəqəmlərə görə 8 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.