Ukraynanın paytaxtı Kiyevdə zərbə pilotsuz uçuş aparatına (PUA) abidə ucaldılıb. Bu PUA Rusiya-Ukrayna müharibəsi zamanı işğalçılar üçün qorxu simvoluna çevrilib.
News365.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin qeyri-rəsmi olaraq “Baba Yaqa” (“Küpəgirən qarı”) adlandırdığı PUA 50 kq-a qədər partlayıcı yük daşıya bilir.
Abidənin açılışı zamanı vurğulanıb ki, hətta Rusiya Prezidenti Vladimir Putin də canlı yayımlarda “Baba Yaqa”dan söhbət açıb.
Abidə şəhərdəki ictimai məkanda yerləşdirilib və Ukrayna Silahlı Qüvvələrinin texnoloji uğurlarını simvolizə edir.