İDDİA: Cahid Şahbazov vətəndaşın gözünü kor etdi

İDDİA: Cahid Şahbazov vətəndaşın gözünü kor etdi
19 İyn 2025 10:00

Azərbaycan vətəndaşı sol gözündə ciddi fəsadlarla üzləşib. Onun sözlərinə görə, bir ildən artıqdır davam edən göz ağrıları və görmə itkisi həkim səhlənkarlığı nəticəsində baş verib. Vətəndaş bildirir ki, oftalmoloq Cahir Şahbazov tərəfindən qoyulan yanlış diaqnoz və sonrasında həyata keçirilən qeyri-dəqiq əməliyyat nəticəsində sol gözü zədələnib. Bu müddət ərzində göz sinirlərində və əzələlərində şişkinlik və daimi ağrılar müşahidə olunub.

News365.az xəbər verir ki, hadisə ilə bağlı aparılan tibbi ekspertiza nəticəsində məlum olub ki, əməliyyatdan əvvəl xəstənin gözündə qeyd olunan xəstəlik əlamətləri olmayıb və göz tamamilə sağlam olub. Ekspertiza həkimin səhlənkarlığını təsdiqləyərək onun fəaliyyətində ciddi nöqsanlara yol verildiyini müəyyənləşdirib və Cahir Şahbazova üç dəfə cəza verildiyi bildirilib.

Lakin zərərçəkmiş şəxs bildirir ki, mövcud faktlara və sübutlara baxmayaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu məsələ hələ də məhkəməyə çıxarılmayıb.

Şəxsin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və “Liderlər Alyansı”nın vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu ünvanlayaraq, məsələnin diqqətə alınmasını xahiş etdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada