Cahid Şahbazovu müdafiə edənləri yıxıb sürüdü

Cahid Şahbazovu müdafiə edənləri yıxıb sürüdü
27 İyn 2025 19:26

Məşhur stilist Anar Ağakişiyev göz həkimi Cahid Şahbazova qarşı sərt ifadələr işlədib. 

News365.az xəbər verir ki, o, sosial şəbəkə paylaşımında Şahbazovu vicdansızlıqda və cəmiyyətə zərər verməkdə ittiham edib:

“Vicdanlı olun, qarnınızı doydurub, hədiyyə görə yalan danışırsınız. Cahid Şahbazovun televiziyaya aylıq nə qədər məbləğ ödədiyini mən bilirəm, siz yox. Onun reklama ehtiyacı var. Öz millətini invalit edir. Elə siz bu dünyada cəhənnəmi yaşayacaqsınız.”

Ağakişiyevin bu fikirləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Onun bu açıqlaması həkim-ictimaiyyət münasibətlərinə dair yeni müzakirələrə yol açıb. Hazırda Cahid Şahbazov tərəfindən məsələyə münasibət bildirilməyib.


Sizin reklam burada
Sizin reklam burada