Milli Müdafiə Naziri Yaşar Güler Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı açıqlama verib.
News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülerin sözlərinə görə, C-130 tipli hərbi yük təyyarəsi qəzaya uğraması gözlənilməz hadisədir:
"Bu təyyarələri 1957-ci ildən istifadə etməyə başlamışıq. Bu günə qədər heç bir qəza olmayıb. Dünyada 70 ölkə C-130-lardan istifadə edir. Təyyarələr 3 mərhələli baxımdan keçir və hər 69 aydan bir tam texniki baxışa salınır".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib./unikal