Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov "Ekspert" jurnalına verdiyi müsahibədə bildirib ki , Rusiyanın əmək çatışmazlığı pensiya yaşının yenidən artırılması ilə bağlı müzakirələrə səbəb olmayacaq. Nazir vurğulayıb ki, Əməyə olan yüksək tələbatın və artan ömür uzunluğu təqaüd yaşı məsələsini yenidən aktuallaşdırmır .Pensiya islahatı əsasən keçid mərhələsini tamamlayır və yeni bölgələrdə keçid dövrü 2032-ci ilin sonuna qədər davam edəcək.
2024-cü ilin sonuna qədər Rusiyada orta ömür uzunluğu 73,4 il təşkil edib. Milli inkişaf məqsədləri ömür uzunluğunun 2030-cu ilə qədər 78 yaşa, 2036-cı ilə qədər isə 81 yaşa qədər artırılmasını tələb edir. Pensiya islahatı 2019-cu ildə başlayıb və pensiya yaşının beş illik artırılmasını nəzərdə tutur. Keçid dövrü 2028-ci ilin sonuna qədər davam edir: Son rəqəmlər qadınlar üçün 60, kişilər üçün isə 65 yaş olacaq. Pensiya yaşının artırılması pensiyaların tədricən artımını sürətləndirib və eyni zamanda məcburi pensiya sığorta sistemindəki kəsiri azaldıb: 2019-cu ildə 1,9 trilyon rubl olaraq qiymətləndirilən sığorta pensiya ödənişləri üçün federal büdcə köçürmələri 2026-cı ildə 411,2 milyard rubl təşkil edəcək, deyə nazir vurğulayıb