Bu ölkədə onlayn fırıldaqçılıq halları artır

Bu ölkədə onlayn fırıldaqçılıq halları artır
04 Yan 2025 16:24

İtaliyada 2024-cü ildə onlayn fırıldaqçılıq hallarının sayı və oğurlanmış vəsaitlərin dəyəri kəskin artıb.

News365.az xəbər verir ki, il ərzində ümumilikdə 18 min 714 onlayn fırıldaqçılıq hadisəsi araşdırılıb. Bu da 2023-cü ildəki 16 min 325 araşdırma ilə müqayisədə 15 faiz artım deməkdir. Aparılan araşdırmalara görə, onlayn fırıldaqçılıq halları nəticəsində oğurlanmış vəsaitlərin dəyəri 32 faiz artaraq 137 milyon avrodan 181 milyon avroya çatıb.

Kiberterrorizm və onlayn təxribat fəaliyyətləri ilə mübarizə nəticəsində bloklanmış veb məzmunların sayı isə əvvəlki illə müqayisədə 11 faiz azalaraq 2364-ə bərabər olub. İl ərzində monitorinq edilən veb məzmunların sayı 63 faiz artımla 290 minə çatıb.

Bundan başqa, uşaqların cinsi istismarı və uşaq pornoqrafiyası materialı yayan internet saytlarının monitorinqi zamanı ümumilikdə 42 mindən çox veb-sayt izlənilib və onlardan 2775-si “qara siyahıya” salınıb.


Youtube kanalımız