Rusiyada məmurlarla bağlı maraqlı addım atılıb. Samara bölgəsində antikorrupsiya kampaniyasının bir hissəsi olaraq, daha çox "yalan detektoru" kimi tanınan poliqrafdan istifadə ediləcək. Bununla da məmurlar sınaqdan keçiriləcək. Bu barədə “63.Ru” portalı məlumat yayıb.
Qeyd edilib ki, regionun rəhbəri Vyaçeslav Fedorişev bu yenilik barədə yayılan məlumatları təsdiqləyib. Onun sözlərinə görə, rayonda korrupsiyaya qarşı mübarizəni təmin etmək üçün komitə də yaradılacaq. Məmurların poliqrafiya testləri 2025-ci il yanvarın 1-dən başlayacaq.
“Bu, operativ və obyektiv məlumat əldə etmək üçün bir vasitədir. O, bu və ya digər korrupsiya fəaliyyəti barədə siqnallar daxil olanda tərəflər arasında yaranmış münaqişə vəziyyətlərində istifadə olunacaq”, - qubernator izah edib.
Region rəhbəri qeyd edib ki, yoxlama könüllü olacaq və yalnız iş məsələlərinə aid olacaq. Şəxsi məsələlər bu prosesdə heç kimə maraqlı deyil. Güman edilir ki, məmurlar mütəmadi olaraq, məsələn, altı ayda bir dəfə testdən keçəcəklər. İmtina halında nəyin baş verəcəyi barədə isə məlumat verilməyib.
Tural