"Təhsli haqqının 50 faiz artırılması heç bir halda ədalətli sayıla bilməz" - İqtisadçıdan ETİRAZ

"Təhsli haqqının 50 faiz artırılması heç bir halda ədalətli sayıla bilməz" - İqtisadçıdan ETİRAZ
09:44

Dövlətin ali təhsil müəssisələrinin təhsil haqlarını birdən-birə 50%-ə qədər artırması doğru addım deyil. Özəl universitetlər istəsələr, illik 100 min də təyin edə bilərlər. Buna nə vətəndaş, nə iqtisadçı, nə də dövlətin müdaxilə etməsi doğru olmaz. Çünki, belə halı bazar tənzimləyir. Amma dövlətin maliyyələşdirdiyi, dövlət binasında, dövlət avadanlıqları və büdcə vəsaiti ilə işləyən universitetlərin belə davranışı artıq mövqedən sui-istifadədir.

Bunu News365.az  -a açıqlamasında uqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, elə ixtisaslar var ki, ölkədə yalnız bir-iki universitet həmin peşəni tədris edir və tələb də bu peşə çox yüksəkdir:

“Belə halda qiyməti kəskin artırmaq dövlət qurumu kimi yox, özəl müəssisə kimi davranışdır. Bu isə heç bir halda ədalətli sayıla bilməz. Dövlətin ali təhsil müəssisəsi illik təhsil haqlarını mümkün olan ən aşağı hədlərlə təyin edərək vətəndaş üçün minimal xərc yaratmalıdır, tələbdən sui-istifadə etməməlidir.

News365.az  


Sizin reklam burada
Sizin reklam burada