Bu görüş Ukrayna ilə bağlı "danışıqlar" deyil - ABŞ

Bu görüş Ukrayna ilə bağlı "danışıqlar" deyil - ABŞ
17 Fev 2025 21:30

Rusiya və ABŞ nümayəndələrinin Səudiyyə Ərəbistanında görüşü Ukrayna üzrə danışıqlarda irəliləyiş kimi qiymətləndirilməməlidir.


News365.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.


Onun sözlərinə görə, çərşənbə axşamına planlaşdırılan görüş ABŞ-ın Moskvanın Ukraynadakı müharibəni bitirmək məsələsində nə qədər ciddi olduğunu qiymətləndirəcəyi ilk addımdır.


Qeyd edək ki, sabah Ər-Riyadda Rusiya və ABŞ nümayəndələrinin görüşü keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada