Rusiyanın Bryansk vilayətində güclü partlayış baş verib. Partlayış körpüdə törədilib. İlkin məlumatlara görə, körpü partlayışından əvvəl Bryansk vilayətində çəkisi təxminən dörd kiloqram olan dörd əldəqayırma partlayıcı qurğu quraşdırılıb. Bu barədə Life SHOT Telegram kanalına istinadən məlumat yayıb.
Qeyd edilib ki, mütəxəssislər mayın 30-da körpüyə baxış keçiriblərmiş və o zaman şübhəli heç nə aşkar edilməyib.
"Ehtimal ki, partlayıcılar ertəsi gün, mayın 31-də qoyulub. Partlayış məhz gecə baş verib, nəticədə körpü qismən dağılıb", - məlumatda qeyd edilib.
Kanalın mənbəsinin sözlərinə görə, partlayıcı maddələr bir neçə yerə qoyulub. Onlar dəmir yolu xəttinin iki hissəsinə və körpünün dayaqlarına yerləşdirilib. Partlayıcıların dəqiq növləri hələlik müəyyən edilməyib. Lakin onların hər birinin çəkisinin təxminən bir kiloqram olduğu məlumdur.
Xatırladaq ki, mayın 31-nə keçən gecə Bryansk vilayətində avtomobillərin olduğu körpü uçub. Bu, Pilşino - Vıqoniçinin tək relsli dəmir yolu hissəsində baş verib. Qəza zamanı sərnişin qatarı keçidin altından keçirmiş. Qatar Klimov-Moskva marşrutu ilə hərəkət edib, vaqonlardan biri əzilib. Ən azı 70 nəfər yaralanıb.
Tural